Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir postuna yeganə namizəddir.
Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.“Parlamentinin “Yolk” fraksiyası konstitusiyanın tələblərinə uyğun olaraq, baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, - deyə bəyanatda qeyd olunur.
Məlumata görə, namizədlərin irəli sürülmə müddəti yerli vaxtla 17:00-da bitib.
Paşinyan baş nazir seçilməsi üçün 105 deputatdan azı 53-nün etimadını qazanmalıdır. Bunun üçün onun namizədliyini Ermənistanın hakim partiyası sayılan “Respublika” partiyasının deputatları da dəstəkləməlidir.
(oxu.az)