Ermənilər azərbaycanlılarla yanaşı, gürcülərə qarşı da amansız soyqırımlar törədiblər.
APA-nın məlumatına əsasən, bunu Gürcüstanın tarix elmləri doktoru, akademik Şadiman Bidzadze deyib.Tarixçi bildirib ki, ermənilər 1905-1907-ci illərdə Tiflis ətrafındakı gürcü kəndləri dağıdıblar: “Bununla yanaşı onlar cənubi Gürcüstanda da müsəlman gürcülərə qarşı dəhşətli cinayətlər törədiblər. Ermənilər Palavandişvililər ailəsini çox amansız işgəncələrlə qətlə yetirərək onlara qarşı etnik təmizləmə həyata keçiriblər”.
Ş. Bidzadze qeyd edib ki, ermənilər artıq dərk etməlidirlər ki, onlar qonşuları ilə daima düşmənçilik şəraitində yaşaya bilməzlər: “Onlar Azərbaycanın əzəli torpağı olan Qarabağdan əl çəkməlidirlər. Gürcüstan kimi Azərbaycan da heç zaman işğal olunmuş torpaqlarını güzəştə getməyəcək. Qarabağ Azərbaycanın mərkəzi, Şuşa isə musiqi mərkəzidir".
O əlavə edib ki, 1795-ci ilin sentyabrında 150 azərbaycanlı Tiflisdə gürcü şahı II İrakli uğrunda canından keçib: “Onlar şahı mühasirədən çıxarıblar, özləri isə döyüş meydanında həlak olublar. Azərbaycanlılar igid babaları ilə fəxr edə bilərlər. Tiflisdə yaşayan və şəhərə qonaq gələn azərbaycanlılar da bilməlidirlər ki, bu torpaqlar onların igid babalarının qanları ilə suvarılıb”.