Sərkisyandan parlamentə bəyanat: geri qayıdır?

Sərkisyandan parlamentə bəyanat: geri qayıdır? backend

Ermənistanın keçmiş baş naziri Serj Sərkisyan parlament fraksiyasına məktub göndərib.

Axar.az xəbər verir ki, Sərkisyanın məktubunu təqdim edirik.

"Mən sizin vasitənizlə xalqımıza yenidən müraciət etmək məcburiyyətindəyəm. Mən siyasi proseslərə müdaxilə etməməyə özümü kökləmişdim. İndi hesab edirəm ki, bunu etməyə borcluyam.

Sizi mənimlə görüşə dəvət edirəm. İstefamın səbəblərini izah edəcəyəm. Partiyanın gələcəyi ilə bağlı, onun yeni rəhbərliyi və əhəmiyyətli islahatların aparılması istiqamətində ölkənin inkişafına yardım etmək üçün öz yanaşmalarımı təqdim edəcəyəm.

Sülh və sabitlik üçün sizləri müzakirəyə dəvət edirəm", - bəyanatda qeyd edilir.
Diaspora