Ermənistanın baş nazir əvəzi Karen Karapetyan xalqı maaşların verilə bilməyəcəyi ilə qorxudur.
Tezliklə etirazçıların pullarının bitəcəyi və növbəti maaşın nə zaman veriləcəyinin bəlli olmadığını bəyan etməklə, xalqı meydanlardan çəkməyə çalışır.Ermənilərin əksəriyyəti maaşdan maaşa yaşayır və ödəniş gecikmələri həqiqətən xoşagəlməz emosiyalar yarada bilər. Lakin bu emosiyalar hərəkatın təşəbbüskarlarına deyil, hökümətə yönlənəcək ki, nəyə görə bu vaxta qədər ehtiyat vəsaitlər yaradılmayıb.
Başqa bir sual var: Əgər Respublika Partiyasının hakimiyyətini devirmək mümkün olsa və yeni baş nazir təyin olunsa, Ermənistanda maliyyə sabitliyinin vəziyyəti necə olacaq? Yeni baş nazir beynəlxalq maliyyə qurumlarının və əsas donor ölkələrin dəstəyindən yararlana biləcəkmi?
Bu kontekstdə ABŞ və Avropa Birliyi ilk olaraq diqqətə gəlir. Bu arada bu gün ABŞ və Avropa İttifaqı "hakimiyyətin sülh yolu ilə ötürülməsinə" dəstək veriblər.
Müxalifət.az