Gürcüstanın kurort şəhərində yanğın: 3 ev külə döndü - Foto

Gürcüstanın kurort şəhərində yanğın: 3 ev külə döndü - Foto backend

Gürcüstanın Batumi şəhərində bir neçə fərdi yaşayış evində güclü yanğın baş verib.

APA-nın məlumatına görə, evlərin birində başlayan yanğın qısa zaman ərzində qonşu evlərə keçib. Hazırda 3 evin yandığı bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub. Yanğının baş vermə səbəbi məlum deyil.

İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən evlər ötən ilin noyabrında 11 nəfərin ölümü ilə nəticələnmiş yanğının olduğu “Leogrand” hoteli yaxınlığında yerləşir.
Diaspora