İrandan Rusiyaya ŞOK TƏKLİF - Azərbaycanlılar ayağa qalxdı

İrandan Rusiyaya ŞOK TƏKLİF - Azərbaycanlılar ayağa qalxdı backend

İran Rusiyaya fars və rus dili ilə bağlı təklif verib.

Publika.az xəbər verir ki, təklifdə Rusiyada fars dilinin, İranda isə rus dilinin “ikinci dil” olaraq tədris olunması qeyd olunur.
İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Moskvaya səfər edən təhsil və tədris naziri Məhəmməd Bethai Dumanın elm və təhsil komitəsinin rəhbəri Vyaçeslav Nikonovla görüşüb.

Bu təklif də görüşdə Bethai tərəfindən Nikonova təqdim olunub.

“İran hökuməti ikinci dil olaraq ingilis dilinin təsirini aradan qalıdırmağı və digər dilləri, xüsusilə rus dilini populyarlaşdırmağı düşünür”, - deyə Bethai bildirib.

Nikonov isə qeyd edib ki, Rusiya bu təklifə isti yanaşır və ölkədə Çin dili ilə yanaşı, fars dilinin tədris etməyi planlaşdırır.

Tehran hökumətinin bu təklifi Cənubi Azərbaycandakı soydaşlarımızın etirazına səbəb olub.

Azərbaycanlılar xüsusilə sosial şəbəkə üzərindən hökuməti tənqid ediblər və “Türk dilində təhsil istəyirik” şüarlarını paylaşıblar. Ekspertlər bu təklifin İran əhalisinin yarısından çoxunu təşkil edən azərbaycanlıların daha sərt reaksiyasına səbəb olacağını hesab edirlər.
Diaspora