İrəvanda bu gün etirazlar yenidən başlayıb.
Qaziler.az axar.az-a istinadən xəbər verir ki, etirazçılar artıq şəhərin müxtəlif hissələrində toplaşırlar.Səhər saatlarından etibarən polis də hərəkətə keçib. Belə ki, polis aktivist David Sanasaryan və daha bir neçə şəxsi həbs edib. Sanasaryan həbsi zamanı etirazçılara sosial şəbəkələr vasitəsilə müraciət edib:
“Biz sizi sevirik. Əmin olun ki, tez, ya gec, hər şey dəyişəcək. Serj Sərkisyan hamımızı manipulyasiya edə bilməz”.
Sanasaryanın bu müraciətindən az sonra onun telefonu əlindən alınıb.
Sanasaryanla bərabər, gecə İrəvan məhkəməsi daha bir aktivistin - Tiqran Mazmanyanın 2 aylıq həbsi ilə bağlı qərar qəbul edib. O, kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.
Nikol Paşinyan isə bugünkü mitinqin başlanğıcında yenidən etirazçılara müraciət edib. O bildirib ki, bugünkü etirazlar Serj Sərkisyanı hakimiyyətdən getməyə məcbur etməlidir:
“Əminəm ki, bizim işimizin nə qədər çətin olmasına baxmayaraq, tezliklə qələbə gələcək. Bizim əsas fəaliyyətimiz Ermənistanın bütün yolları və avtomagistrallarını bağlamaqdır. Polis onların yerini dəyişə bilməz”.
O, yolları yük maşınları ilə bağlayacaqlarını bildirib və bunun üçün yük maşınları və traktor sürücülərinə müraciət edib.
Polis indidən Paşinyanın həbsinə cəhd edir.