Serj Sərkisyan Ermənistanın yeni baş naziri seçilib.
Qaziler. az saytı xatırladır ki, Serj Sərkisyan Respublika və Daşnaksütyun partiyalarından namizəd idi.Artıq 5 gündür ki, xalq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə Sərkisyanın hakimiyyəti yenidən qəsb etməsinə qarşı etirazlara başlayıb. Hazırda aksiya iştirakçıları İrəvanın mərkəzi küçələrini ələ keçirib. İrəvan polisi aksiya iştirakçılarına qarşı zor tətbiq edib.
Bütün bu etirazlara rəğmən Serj Sərkisyan baş nazir olub. Parlamentdə keçirilən səsvermədə onun lehinə 93 deputatdan 77-si səs verib.