İrəvanda polislə toqquşma - 46 nəfər yaralandı

İrəvanda polislə toqquşma - 46 nəfər yaralandı backend

İrəvanda polislə nümayişçilər arasında toqquşma olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, toqquşma zamanı 22 nəfər xəsarət alıb. Yaralananlardan 3-ü polisdir.

Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb.

Baqramyan prospektində etirazlar davam edir.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
">


Diaspora