Bu işdə İrəvana Bakı yardım edirdi... - Qarabağ dərsləri

Bu işdə İrəvana Bakı yardım edirdi... - Qarabağ dərsləri backend

Sovet illərində Ermənistan SSR-in Moskva ilə birbaşa əlaqəsi olmadığı üçün bu işdə İrəvana Bakı yardım edirdi.

Ancaq Dağlıq Qarabağ münaqişəsindən sonra Ermənistan iqtisadi blokadaya düşdü.

Blokadanı yarmaq Ermənistana iri iqtisadi layihələrə qoşulmaq imkanı verəcəkdi. Nəticədə Ermənistan tərəqqi yoluna çıxacaqdı.

Dağlıq Qarabağ münaqişəsinin məlum nəticəsi İrəvanı ağır iqtisadi vəziyyətlə üz-üzə qoyub. Münaqişə nəticəsində Ermənistan siyasi təcrid vəziyyətinə düşüb. Ermənistan 4 ölkə ilə həmsərhəddir. Onlardan Türkiyə və Azərbaycanla əlaqələri gərgin vəziyyətdədir. Türkiyə Azərbaycanla strateji əməkdaşlıq edir və bu səbəbdən Ermənistanla sərhədləri bağlı saxlayır. İran Ermənistanla dostluq münasibətləri qurub. Ancaq rəsmi Tehran Qərblə düşmən münasibətlərindədir. Abxaziya və Osetiya problemlərinin həll olunmaması Ermənistan və Gürcüstan arasındakı münasibətlərdə müəyyən məhdudiyyətlər yaradır.

Münaqişə Ermənistanın digər ölkələrlə nəqliyyat sahəsinə də təsir edib. Abxaziya və Osetiya problemləri səbəbindən ermənilər Rusiyaya getməkdə çətinlik çəkirlər. Ölkədən çıxış üçün ən real yol kimi tikilməkdə olan Ermənistan–İran dəmir yolu xətti göstərilir. Ancaq bu layihə uzun müddətdir ki, ləngiyir.

İqtisadi blokada Ermənistanın postsovet məkanında inteqrasiya proseslərində iştirakına da mane törədir. Bu ölkənin xarici borcu il-ildən artır.

Sovet illərində Ermənistan qonşu ölkələr, xüsusən də Azərbaycan vasitəsilə yanacağa olan tələbatını ödəyirdi. İndi isə Ermənistan İran qazından asılıdır. İrəvan çox yüksək tariflərlə İran qazından istifadə edir.

Diaspora