Gürcüstanın qərbində yerləşən mədən ərazisində baş verən çökmə nəticəsində 6 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi informasiya yayıb.Tkibuli şəhərində ölənlərin xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.
Kömür şaxtasında baş vermiş qəzadan sonra Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.