Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefası ilə bağlı son günlər yayılmış xəbərlərə münasibət bildirib.
APA xəbər verir ki, baş nazir jurnalistlərə hələ heç yerə getməyə hazırlaşmadığını deyib.G.Kvirikaşvili bildirib ki, dəyişikliklər adi haldır: "Biz bir sıra vacib işlər görməliyik. Sakitləşin, ölkəyə sabitlik lazımdır və hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Gürcüstan KİV-də yaxın gələcəkdə baş nazirin istefa verəcəyi ilə bağlı məlumatlar yer alıb.
Yerli medianın ehtimalına əsasən, buna səbəb G.Kvirikaşvilinin Rusiya rəhbərliyinə müraciət etməsidir.
Qeyd edək ki, o, müraciətində Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb.