Ermənilərdən yeni iddia: "Tiflis bizimdir"

Ermənilərdən yeni iddia: "Tiflis bizimdir" backend

Ermənilərin ağlasığmaz iddiaları tarix boyu gülüş hədəfi olub.

Ancaq heç vaxt bu ağlasığmaz, rüsvayçı iddialardan əl çəkmək fikrində olmayıblar.

Bu dəfə də iddia edirlər ki, Gürcüstanın paytaxtı Tbilisi şəhəri ermənilər tərəfindən salınıb, adı da “Tpxi” olub. Üstəlik, bütün bu abırsız iddialara baxmayaraq, erməni icması müasir Tbilisinin Avlabar əyalətində məskunlaşıb.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərov Publika.az-a bildirib ki, bədnam qonşularımız Tbilisinin ermənilər tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər.

Onun sözlərinə görə, yaşadıqları ölkələrdə separatizmlə məşğul olan, milli maraqları və xəstə "erməniçilik" ideyaları naminə saxtakarlıqdan, yalandan əl çəkməyən, Qədim Azərbaycan şəhəri İrəvanı paytaxt elan edən ermənilər qonşu Gürcüstanın paytaxtı Tbilisinin də qədim erməni şəhəri "Tpxi" olduğunu iddia edirlər. Hələ Sovet dönəmində 1961-ci ildə İrəvanda çap olunan B.S.Nalbandyanın "Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində" adlı saxta əsərində Tbilisi qədim erməni şəhəri kimi təqdim edilib.

V.Ömərov bildirdi ki, Gürcüstanın "Saerto" qəzetində 2017-ci il dekabrın 7-də "Ermənilər Tbilisinin adını dəyişdirmək istəyirlər" adlı yazıda müəllif Georgi Qorqadze də ermənilərin əsassız iddialarına qarşı Gürcüstan hökumət orqanlarının passivliyini kəskin tənqid edib:

"Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, bir gözəl gündə, əlbəttə, başqalarının köməyilə onlar Tbilisini "qaytaracaq" və onu daha "yaxşı" erməni adı ilə "Tpxi" adlandıracaqlar. Bədnam qonşularımız Tbilisinin ermənilər tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq, bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, onlar Qədim Tbilisinin merləri olan rus zadəgan nəslindən İzmayılovu "İzmayılyans" və İvanı "Ovanes" kimi təqdim edirlər. Ermənilərin Tbilisiyə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olub. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa ediblər. Buna görə də, Gürcüstanda XIX və XX əsrlərdə ermənilər əleyhinə güclü hücumlar başlayıb. 1897-ci ildə Tbilisidə nəşr olunan "İveriya" qəzetində çap olunmuş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: "Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir. İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları da erməniləri bütün xəyanətlərinə görə ittiham ediblər".

V.Ömərov onu da söylədi ki, 1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan, ərazi iddiaları irəli sürərək, Gürcüstana müharibə elan edib:

“Erməni cəlladı, quldur və terrorçusu Daşnak Ermənistanın "general" rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkalakini, dekabrın 20-də Şulaveri, dekabrın 25-də Tiflisi işğal etdi. İnglislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi, erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurası üzvləri, "Daşnaksütyun" partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildi. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi.

İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirdilər. 1936-cı ildən Tiflis Tbilisi adlandırılmağa başladı. 1949-cu ildə Tbilisi məkrli "antisosial" elementlər kimi ermənilərdən ikinci dəfə təmizləndi”.

O bildirdi ki, gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaitilə tikilməsi iddiasını irəli sürməsidir. Gürcüstan tarixşünaslığında isə haqlı olaraq ermənilərin 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürüldüyü göstərilir:

"Bu gün erməni icması müasir Tbilisidə Avlabarda məskunlaşıb. Ermənilər Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan "Marşal Baqramyan adına batalyon" gürcülərə qarşı amansızlığı ilə fərqlənib. Ermənilər Gürcüstanın gözəl, şöhrətli paytaxtı Tbilisiyə həsrətlə baxaraq, onu "itirilmiş erməni şəhəri" siyahısına aid edirlər. Azərbaycanın qədim yaşayış məskəni olan, Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistana verdiyi İrəvanı özlərinə paytaxt etmiş ermənilər, Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə, erməni həyasızlığının ən bariz nümunəsini nümayiş etdirirlər".

Tarixçi alim Kərəm Məmmədov da bildirib ki, 19-cu əsrdə onların çox güclü “dostluqları” vardı və bu cür əsassız iddiaları yazdırıb tarixi saxtalaşdırmaqla məşğul idilər:



“O vaxt yazmışdılar ki, indiki Gürcüstan ərazisi boydan-boya ermənilərin olub. Ondan sonra bu istiqamətdə növbəti dalğa Bavariya-Qafqaz hökuməti təşkil olunanda meydana çıxdı. Onda da iddia edirdilər ki, Tbilisi ermənilər tərəfindən tikilib, elə paytaxt da məhz Tbilisi olmalıdır. Bu zaman gürcü hökumətinin başçısı ermənilərin qarşısına tələb qoydu ki, 24 saat ərzində Tbilisi şəhərində bir dənə də erməni qalmayacaq, dərhal bu şəhəri tərk etməlisiz. Hətta bu məsələ ilə bağlı Gürcüstanın nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında söhbət də olub. Bilirsiz də, o vaxt Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı Ermənistana güzəşt etdikdən sonra utanmadan İrəvanı özlərinə paytaxt etmişdilər. O zaman Gürcüstan hökumətinin nümayəndələri bizimkilərə gülərək deyirdilər ki, ”Çaqqaları nə qədər yedirtsən də, gözü yenə də meşədə olacaq. Siz çox nahaq verdiniz o torpaqları ermənilərə”.

Hazırda ermənilərin əsassız torpaq iddiaları bir çox istiqamətlərdə aparılır ki, biri də Tibilisi ilə bağlıdır. Bu iddialar hələ 19-cu əsrdən başlayaraq bu günə kimi davam edir. İstədilər erməni-gürcü müharibəsi zamanı bu “sevdalarını” gerçəkləşdirsinlər, amma nail ola bilmədilər. Hazırda Tbilisidən əvvəl ən güclü ərazi iddiaları Cavaxetiya bölgəsinədir. Çünki 19-cu əsrin 20-ci illərindən Osmanlı ərazilərindən bura və tarixi Borçalı mahalının şimal hissəsinə köçürülüblər. Heç ora "Borçalı" da demirlər, “Şimali Loru” deyirlər".

K.Məmmədov deyir ki, tarixi saxtalaşdırmaqda onlara kömək edənlər o vaxt rəhbər vəzifədə olan ruslar olub:

“Təbii ki, erməniləri bu bölgələrdə yerləşdirən ruslar onların iddialarını da təsdiq edəcəkdilər. Faktiki olaraq qondarma vilayət Rusiya tərəfindən Cənubi Qafqazda yarandı. Yəni, hələ 1724-cü ildən də o tərəfə, Pyotr tərəfindən əsası qoyulan layihənin davamı olaraq bu proseslər gerçəkləşdirilirdi. Bütün bunlar incə işlənmiş və ardıcıllıqla həyata keçirilən zəncirvari layihənin nəticələridir”.

Heç bir tarixi mənbədə hazırki Gürcüstan dövlətinin paytaxtı hesab olunan Tbilisinin “Tpxi” adı ilə qeyd olunmadığını deyən tarixçimiz, bu məsələnin olduqca gülünc olduğunu vurğuladı:

“Bilirsiz, bütün bunlar qondarma və saxta informasiyalardı. Çoxsaylı tarixi mənbələrdə aşağı-yuxarı proseslər bu cür qeyd olunub. Əgər onların iddialarında həqiqət payı varsa, niyə heç bir tarixi mənbədə Tblisinin “Tpxi” şəklində yazıldığına rast gəlinmir?! Ən qədim formada Tbilisinin adı “Tilisu” kimi qeyd olunur ki, bu da isti su mənasını verir. Mən heç bir mənbədə bu şəhərin adının “Tpxi” şəklində olduğuna rast gəlməmişəm. Çox təəssüf olsun ki, bizim bəzi gürcü həmkarlarımız tarixi faktları qoyub, əsassız və bir o qədər də gülməli erməni iddialarını müdafiə edirlər. Onların da əksəriyyətinin soyadlarını dəyişmiş insanlar olduqları hər kəsə bəllidir”.

K.Məmmədov onu da əlavə etdi ki, ən qəribəsi bütün bu iddialara Gürcüstan rəhbərliyinin heç bir münasibət bildirməməsidir:

“Bu gün Avlabar, Havlabar əyalətlərində boydan-boya ermənilər yaşayır. Yəni, yaxşı olardı ki, əhalinin özü də bu cür iddialara reaksiya verərdi. Bu gün qondarma iddiaları dəstəkləyən tarixçilərlə yanaşı, tarixi faktları qoruyub, həqiqəti dünyaya çatdıran gürcü həmkarlarımız da az deyil. Təəssüf olsun ki, bu gün soyadını dəyişmiş “gürcü” tarixçilərinin sayı daha çoxdur. Onlar da məhz ermənilərin dəyirmanına su tökməklə məşğuldurlar. Bax bütün bu məsələləri nəzərə alaraq, Gürcüstan hökuməti təbliğat aparmalıdır. Çox təəssüf ki, biz yalnız ermənilərin əsassız faktlar əsasında yazdıqları kitabları, orada yer alan erməni-gürcü müharibəsini görürük. Hazırda öz həmkarları ilə mübarizə aparan Qram Maxuliyanı da Gürcüstanda çox sıxışdırırlar. Təsəvvür edin ki, vəziyyət hansı yerə gəlib çatıb ki, Gürcüstanın özündə həqiqətən, gürcü olan tarixçiləri sıxışdırıb çıxartmağa çalışırlar”.

Gürcüstanın ən güclü və vicdanlı tarixçilərindən hesab olunan Quram Marxuliya isə bütün bu səslənən ifadələrin əsassız, gülünc olduğunu söylədi. O bildirdi ki, ermənilərin özlərini dövlət kimi tanıtması üçün özlərinə məxsus əraziləri belə olmayıb:



“Rusiya imperiyasının süqutu illərində erməni daşnaqları çox ciddi addımlar atmağa hazırlaşırdılar. Onlar iddia edirdilər ki, harada erməni yaşayırsa, o ərazilərdə ermənilərə aid qayda-qanun, qurumlar olmalıdır. Gürcüstanlılar ayrı, azərbaycanlılarda da müsəlman olduqları üçün tamam ayrı. Bu hardasa 1930-cu illəri əhatə edir. Eləcə də Gürcüstan sərhədləri daxilində yaşayan ermənilər bu ərazilərdə ermənilərin idarə etdiyi qurumların yaradılmasını istəyirdilər. 1918-ci ildə Gürcüstan müstəqilliyini elan etdikdən sonra ermənilər bu istiqamətdə açıq iddialarla çıxış etməyə başladılar. Nə qədər ki, Gürcüstan Rusiyanın tərkibində idi, belə fikirlər səsləndirilmirdi. Lakin, müstəqillik elan olunduqdan, sərhədlərimiz dəqiqləşdikdən sonra ermənilər müxtəlif bəhanələrlə yaşadıqları ərazilərin onlara məxsus olduğunu iddia edərək, bizim onların torpaqlarına girdiyimizi söyləməyə başladılar. Bu gülünc fikirlərlə əvvəlcə özlərini, daha sonra isə bütün regionu inandırmağa çalışdılar.

Eyni ilin mayın 28-də Azərbaycandan sonra Ermənistanın özünü müstəqil elan etməsinin ardından ortaya çox maraqlı bir məqam çıxdı. Onlar heç özləri də bilmirdilər ki, müstəqil elan etdikləri dövlətin sərhədləri harada başalayıb, harada bitir. Bax, onlar ilk dəfə öz sərhədlərini təyin etmək üçün Gürcüstan hökumətinə müraciət etmişdilər. Ümumiyyətlə, ermənilər Gürcüstana qədəm basan kimi rusların köməyi ilə gürcü soyadlarının formasını dəyişməyə başladılar. Bu prosesin canlanması 18-ci əsrdən başladı və sonralar buna başqa proseslər də əlavə olundu. Soyad, ad və milli əlamətlərlə yanaşı, etiqadın da qarışdırılması kimi faktlara baxmayaraq, dövlətlərin ərazi bütövlüyü yenə dəqiqləşmirdi. Beləliklə ermənilər Gürcüstan hökümətindən xahiş edirdilər ki, Gürcüstan Georgievsk traktatı üzrə hərəkət etməsin. Niyə? Çünki Gürcüstan Georgievsk traktatı ilə hərəkət etmiş olsaydı, indiki Ermənistan ərazisinin böyük əksəriyyəti Gürcüstanın tərkibində qalardı. Həmin dövrdə isə Gürcüstan könüllü şəkildə özünə aid müstəqil ərazilərin bir hissəsini Ermənistana verdi".

Q.Marxuliyanın sözlərinə görə, bu da erməniləri qane etməyib:

"1918-ci ilin dekabr ayında Ermənistanın Silahlı Qüvvələri Gürcüstanın dövlət sərhədlərini keçərək müharibəyə başladı. Bununla da Gürcüstanın ərazi bütövlüyü pozuldu. Onların iddiası bu idi ki, Türkiyə Gürcüstanı mövcud olacaqsa, "Ermənistan Gürcüstanı" da yaradılmalıdır. Məhz Gürcüstanın könüllü şəkildə ərazisinin bir hissəsini (ermənilərin məskunlaşdığı əksər bölgələr) Ermənistana verməsi onların Tbilisi iddialarına əsas yaratdı. İstəyirdilər ki, Tbilisini Ermənistanın paytaxtı elan etsinlər. Həmin vaxtlar Ermənistan nümayəndələri (Daşnak hökuməti) utanmadan Tbilisi və Qori ərazilərinin boşaldılmasını belə tələb edirdilər. Təbii, bu danılmaz faktdır ki, həmin dövrdə baş verən bütün hadisələr Rusiyanın mürtəce qüvvələrinin köməkliyi ilə planlaşdırılıb həyata keçirilirdi. Tarixdə yalnız bu faktlara rast gəlmək olar. Eşitdikcə mən də heyrətlənirəm, nə qədər tarixdən məlumatsız olasan ki, bu cür gülünc iddia irəli sürəsən. Ermənilərin Gürcüstanla bağlı yeganə tarixi faktı odur ki, müəyyən dövrlərdə Gürcüstanda ermənilər yaşayıb və hazırda da yaşamağa davam edir”.

Q.Marxuliya deyir ki, erməni tarixçiləri bu qondarma faktlara əvvəl özlərini, daha sonra dünya ölkələrini inandırmağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyəcəklər:

“Bilirsiz, Gürcüstanda çoxsaylı ermənilər var ki, soyadlarını dəyişiblər. Ən təhlükəlisi isə budur ki, onlar “tarixçi”dirlər. Tarixin saxtalaşdırılması ilə məşğul olurlar. Siz özünüz də tarixi araşdırsanız görərsiz ki, Tbilisi heç vaxt “Tpxi” adlandırılmayıb. Ərəb, Türk dillərində Tbilisi sözünün müxtəlif cür yazılmasına rast gəlinə bilər, lakin erməni dilində Tbilisi heç vaxt heç bir məna ifadə etməyib. Bu da onu sübut edir ki, heç vaxt Tbilisi Ermənistan ərazisi olmayıb. Ermənilər Rusiyaya çox nahaq yerə güvənirlər”.

Tarxiçi bildirdi ki, rəsmi Gürcüstanın bu iddialara reaskasiya verməməsinin tək səbəbi erməniləri ciddiyə almamasıdır:

“Tarix hər zaman təkrarlanır. Onlar bir dəfə torpaq iddiaları ilə sərhədləri pozmağa cəhd etdilər və nəticələrini bütün tarix gördü. İnanmıram ki, bir daha uşaqca addımlar atalar. Bütün bunlar sadəcə uşaq söhbətləridir. Gürcüstan heç vaxt Ermənistandan çəkinməyib. Biz heç vaxt müharibədən qaçmamışıq. Ruslara güvənib torpaq iddialarına başlaya bilərlər, amma unutmasınlar ki, tarix yenidən təkrarlanacaq”.

Teleqraf.com

Diaspora