Rusiya Dumasının Avrasiya İnteqrasiyası və MDB-lə İş üzrə Komitəsinin üzvləri İrəvana gəliblər.
Axar.az xəbər verir ki, onlar İrəvanda Ermənistan parlamentinin Xarici Siyasət Komissiyasının üzvləri ilə görüşüblər.İrəvana gələn rus deputatların nümayəndə heyətinə rusiya deputat Viktor Vodolazsko rəhbərlik edib. O həm ermənilər, həm də rusların tarix boyunca xarici hücumların hədəfi olduğunu bildirib:
"Biz buna görə də hərbi təhlükəsizliyimizi artırmalıyıq. Bundan başqa onu da qeyd edə bilərik ki, son il ərzində aramızda ticarət dövriyyəsi 30% artıb".
Qeyd edək ki, bundan öncə Rusiya Federasiya Şurasının nümayəndələri Konstantin Kosaçevin rəhbərliyi altında İrəvanda olmuşdular.