Rusiya Ədliyyə Nazirliyi ölkə ərazisində ABŞ-ın Marşal Fondunun fəaliyyətini arzuolunmaz adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat artıq nazirliyin rəsmi saytına yerləşdirilib.Qeyd edək ki, Marşal Fondu 1972-ci ildə yaradılıb. Hazırda təşkilatın Berlin, Paris, Brüssel, Belqrad, Ankara, Buxarest, Varşava, Bratislava, Turin və Stokholmda nümayəndəliyi var.