Türk ordusu dünyaya dərs verdi - Afrin əməliyyatı

Türk ordusu dünyaya dərs verdi - Afrin əməliyyatı backend

Türkiyə Silahlı Qüvvələri 58 gün davam edən Afrin əməliyyatı ilə dünyaya terrorla mübarizə məsələsində dərs verib.

Axar.az xəbər verir ki, əməliyyat çərçivəsində 3600-dən çox terrorçunu məhv edən türk ordusu mülki şəxslərin zərər görməməsi və şəhərin dağıntılara məruz qalmaması üçün xüsusi həssaslıq göstərib.

Afrin azad edildikdən sonra çəkilən fotolarda əməliyyatın hər sahədə uğurla aparıldığını aydın görmək olur. Yerli PUA-ların da iştirak etdiyi əməliyyatlarda Afrində yaşayış binaları belə zərər görməyib.

Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Ordu bu gün şəhərin terrorçulardan təmizləndiyini açıqlayıb.
Diaspora