Rusiyanın "Striji" (Uzunqanad) Miq-29 reaktiv qırıcılarının pilotaj qrupu İrəvanda Erebuni aviabazasında keçirilən “Dostluq-2018” adlı aviasiya tədbirində iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.Məlumata görə, qrupa daxil olan hərbi pilotlar MİQ-29 qırıcıları ilə 6 ekipajlı yüksək pilotaj fəndləri ilə yanaşı, fərdi və cütlərlə hərəkətləri də icra ediblər.
“Biz bu gün bütün aviasiya şənliklərində həyata keçirdiyimiz fəndləri nümayiş etdirdik. Bu gün istədiyimiz hər şeyi edə bildik, hava şəraiti də buna imkan verdi”, - qrupun sədr müavini Sergey Osaykin deyib.
Osaykin həmçinin bəzi fəndlər zamanı təyyarələrin bir-birinə çox yaxınlaşdığını və onlar arasında cəmi 1 metr məsafə qaldığını bildirib.