İrəvanda Rusiyanın Ermənistandan çıxması variantı müzakirə olundu - Gözlənilməz...

İrəvanda Rusiyanın Ermənistandan çıxması variantı müzakirə olundu - Gözlənilməz... backend

“Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılacağı və Minsk qrupunun formatının dəyişdiriləcəyi təqdirdə Qarabağ məsələsində əsas oyunçu kim olacaq?..”

Dünən İrəvandakı Qafqaz İnstitutunda “Dağlıq Qarabağda sülhün perspektivləri: yerli və beynəlxalq nöqteyi-nəzərlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Moderator.az yazır ki, erməni mediasının xəbər verdiyinə görə, konfransda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri Judit Farnuort və “Karneqi Avropa” fonunun baş elmi əməkdaşı Tomas de Vaal da iştirak edib.

İştirakçılarından biri Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryana “Yaxın gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılacağı təqdirdə, onun fikrincə, əsas oyunçu kim olacaq? Və Qarabağ məsələsinin formatını dəyişərək onu fransız-ingilis meydanında həll etmək və bununla qəti şəkildə müharibə son qoymaq doğru olardımı?” suallarını verib.

102-ci baza məsələsinə birbaşa toxunmayan İsgəndəryan bildirib ki, Minsk qrupu 1992-ci ildən işləyir və olduqca böyük töhfə verib. “Mən Avropa, ABŞ və Rusiyanın hər hansı bir münaqişənin həllinə cəhd etmək üçün birlikdə işlədikləri başqa bir belə format tanımıram... Daha çox və ya daha az lakin hər üç dövlət təxminən eyni yanaşma ilə işləyir - müharibəyə ehtiyac yoxdur... Hesab edirəm ki, bu format qalmalıdır. Əgər bu format dağılarsa, biz çətin ki, başqa bir format yarada bilək. O dərəcədə fövqəladə bir format deyil, bir çox şey alınmır. Lakin hesab edirəm ki, bu format, ən azı, bir neçə il ərzində qalacaq...”

Maraqlıdır ki, Tomas de Vaala da Rusiyanın regionu tərk edəcəyi təqdirdə Ermənistan və Qarabağda hadisələrin inkişaf variantı haqda sual verilib. Və o da bu mövzu da xeyli müzakirələr gedib...
P.S. Göründüyü kimi, qatı anti-türk, işğalçı mövqeli bir erməni də ATƏT-in Minsk Qrupunun 26 illik fəaliyyətini əsasən bəyənir, onun “böyük töhfə” verdiyini bildirir. Bəs məsələnin həllinə nail olmadığı təqdirdə ermənilər Minsk qrupunu nə üçün sevirlər? 3 dövlətin birləşdiyi bu qrup onlara hansı töhfəni verib? Ona görə ki, vaxt ötür, illər keçir, işğal altındakı Azərbaycan torpaqlarında doğulmuş azərbaycanlılar bir-bir dünyadan köçür, əvəzində o torpaqlarda yeni ermənilər doğulur...Və qeyri-iradi Azərbaycanda Qarabağın yaddaşlardakı xatirəsi silinir... ABŞ da, ATƏT də, Rusiya da bizə müharibə etməyə imkan vermir.. Bu minvalla zaman Ermənistanın xeyrinə işləyir... ATƏT-in Minsk Qrupunun, yaxud Rusiya, ABŞ və Fransanın Ermənistana verdiyi töhfə Azərbaycan üçün itirilmiş zamandır...
Diaspora