Seyran Ohanyandan Serj Sarkisyana etiraz: Əleyhinəyəm...

Seyran Ohanyandan Serj Sarkisyana etiraz: Əleyhinəyəm... backend

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq.

Parlamentdəki “Çıxış” müxalifət fraksiyası ilə yanaşı parlamentdənkənar müxalifət sayılan “Erməni Dövləti Uğrunda” Cəbhə də S.Sarkisyanın hökumət başçısı olmasının əleyhinədir.

Təşkilatın təmsilçiləri başqa siyasi qüvvələr, o cümlədən “İrs” Partiyasının sədri Armen Martirosyan və “Demokratik Vətən” Pariyasının lideri Petros Makeyan, Erməni Milli Koqresi sədrinin müavini Levon Zurabyan bir araya gələrək məsələni müzakirə ediblər.

Onlar yaxın günlərdə keçmiş müdafiə naziri S.Ohanyanla da görüşərək danışıqlar aparacaqlar.

“Çıxış” bloku S.Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etraz olaraq, aprelin 3-də Yerevanda mitinq-yürüş keçirəcək. Bununla bağlı artıq şəhər merinə müraciət olunub.

Qeyd edək ki, aprelin 19-da Ermənistan Respublikaçılar Partiyası baş nazir postuna namizəd irəli sürəcək. Hakim partiyanın namizədinin Ermənistanın indiki prezidenti Serj Sarkisyanın olacağı gözlənilir.

(Report)

Diaspora