Qarabağda ölən erməni əsgərin FOTOLARI YAYILDI

Qarabağda ölən erməni əsgərin FOTOLARI YAYILDI backend

Dünən saat 17: 30 radələrində işğal altında olan Dağlıq Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birində məşğələ zamanı baş verən avtomobil qəzası nəticəsində ölən 19 yaşlı, erməni əsgər Edqar Yeremyan Ararat rayonunun Qukasavan kənd sakini olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölümlə bağlı bəzi detalları müəyyən etmək mümkün olub.

Məlum olub ki, dünən qanunsuz hərbi hissədə sürücülük məşğələləri keçirilib. Ölən erməni əsgəri Yeremyanla bərabər avtomobildə daha bir hərbi qulluqçu olub.

Həmin hərbi qulluqçu avtomobil yolun hərəkət hissəsindən çıxaraq qəza törədən avtomobilin dərəryə yuvarlanmasından öncə özünü maşından atmağa müvəffəq olub.





Diaspora