Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:"Buna görə də Rusiya kompleksləri alyansın havadan müdafiə sisteminə inteqrasiya edilməyəcək, əksinə, ayrıca vahid kimi istifadə olunacaq. Əsas problem operativ informasiyalarla bağlıdır. Belə ki, NATO-ya aid olan informasiyalar Rusiyanın sistemlərində qalacaq. Digər tərəfdən S-400-ün istifadəsi üçün müəyyən hazırlıq lazımdır. Buna görə də rusiyalı mütəxəssislər Türkiyəyə gələcək. Bu ekspertlər mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilərlər. Bu isə sonda Rusiya hökumətinə təqdim edilə bilər"