Afrindən qələbə xəbəri gəldi - Son dəqiqə

Afrindən qələbə xəbəri gəldi - Son dəqiqə backend

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Cinderes bölgəsini terrorçulardan təmizləyib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bu gün Cinderesin mərkəzində şiddətli döyüşlərin getdiyi, türk ordusunun ardıcıl zərbələrindən sonra Cinderesin azad edildiyi bildirilir.

Afrinə gedən yolun üzərində yerləşən Cinderes bölgəsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, buranın ələ keçməsindən sonra Afrinə gedən əsas yol türk ordusu üçün açıldı.

Qeyd edək ki, TSQ ötən gün Cinderes yüksəkliyini ələ keçirmişdi.

Diaspora