Erməni vəkil etiraz etdi: “Ordudakı növbəti işgəncə iddiası gizlədildi”

Erməni vəkil etiraz etdi: “Ordudakı növbəti işgəncə iddiası gizlədildi” backend

Ermənistanda yerləşən hərbi hissələrdən birində, 2015-ci ilin noyabr ayında işgəncə nəticəsində psixi pozuntuya məruz qalan Artur Hakobyanın müdafiəçisi, kassasiya məhkəməsinə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Ara Qaragözyan news.am saytına verdiyi müsahibədə bildirib.
Hərbi qulluqçunun müdafiəçisi Ara Qaqagözyan iddia edir ki, birinci instansiya məhkəməsi və Apellyasiya məhkəməsi əsgərin işgəncə iddiasına heç bir hüquqi qiymət verməyib və nəticədə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb.

“Ordudakı növbəti işgəncə iddiası gizlədildi və əsl cinayətkarlar cəzalandırılmadı. Ordudakı işgəncələrə məruz qalan bir gəncin hüquqları Ermənistan Respublikasında yenidən bərpa edilmədi və dövlət hətta əsgərin sağlamlığının xərclərini də ödəmək istəmir. Ən pis şey odur ki, orduda belə hallar baş verir və əsl cinayətkarlar cəzalandırılmır. Arturun Moskvadan geri qayıdıb və tamamilə sağlam olaraq hərbi xidmət keçmək üçün orduya gedib. 1,5 il sonra psixi problemlərlə üzləşir və Ermənistan məhkəmələri heç bir hüquqi qiymət vermir”, – deyə vəkil bildirib.

Bundan əlavə, vəkilin sözlərinə görə, Syunik rayonunun ümumi məhkəmə hakimi Napoleon Ohanyan 2017-ci ildə ən yaxşı hakim kimi mükafatlandırılıb, bu absurd bir vəziyyətdir.

“Bizim kassasiya prosesindən heç bir ümidimiz yoxdur, biz AİHM-ə müraciət edəcəyik və biz bu fakta hüquqi qiymət verməyən hakimin ən yaxşı hakim kimi qiymətləndirildiyini də təqdim edəcəyik”, – deyə Qaragözyan bildirib.

Qeyd edək ki, A. Hakobyanın dərin psixoloji travma aldığı hadisə, Aqaraqdakı hərbi hissədə noyabrın 6-7-də baş verib. İctimai təşkilat tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, Hakopyan güclü bir psixoloji travma alıb və hazırda müalicə edildiyi təsdiqlənib. Həm hərbi xidmət dövründə, həm də tibbi müayinə zamanı, Hakobyanın psixi sağlamlıq problemi olmayıb və adi bir insan kimi qulluq edib.

Lakin 11.06.2016-ci il tarixində, İstintaq Komitəsinin Tədqiqat şöbəsinin müstəntiqi H. Hayrapetyan cinayət təqibinin həyata keçirilməməsi və cinayət işinə xitam verilməsinə dair qərar qəbul edib. Vəkil bu qərardan şikayət etsə də, hərbi prokuror şikayətini rədd edib.

Erməni vəkilin daha sonra prokurorluğun və istintaq orqanının fəaliyyətsizliyinə görə Syunik rayon Apelyasiya Məhkəməsinə şikayəti də rədd edilib. Sonra şikayətin əsasında işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə qərar verilib. Vəkilin şikayəti məhkəmə tərəfindən yenidən rədd edilib və Apellyasiya da birinci instansiya məhkəməsinin qərarını dəyişməyib.

Ermənistan Müdafiə Nazirliyinin 02.02.2016-cı il tarixli Mərkəzi Hərbi Tibb Komissiyasının yekun qərarında, A. Hakobyanın gərgin olduğu zamanlar hərbi geyimdə şəxs gördükdə özündən asılı olmayaraq dərin depressiyaya düşdüyü, ağladığı, müdafiə xarakterli hərəkətlərlə ifadə olunan bir görkəm aldığı qeyd olunur.
Diaspora