“Keçmiş Sovet respublikaları Gürcüstan, Moldova və Ukrayna tədricən Rusiya təsirindən uzaqlaşlaşırlar”.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili “Röyter” agentliyinə müsahibə verərkən söyləyib. O, “Rusiya nə istəyir” sualına cavab tapmadığını bildirib:“Mən bilmirəm Rusiya nəyə nail olmaq istəyir. Mənim bu suala tutarlı cavabım yoxdur. Dünyanın ən böyük ərazilərindən birinə sahib olan Rusiya sadəcə olaraq bir neçə əlavə kvadratmetr əldə etmək istəyir. 1994-cü ildə Ukrayna könüllü olaraq müqavilə çərçivəsində öz nüvə imkanlarından imtina etdi. Bu tarixi hadisənin əvəzində isə Ukrayna və Krımın işğalının şahidi oluruq”.