Vigen Sarkisyanın dərman monopoliyası - Korrupsiya FAKTI

Vigen Sarkisyanın dərman monopoliyası - Korrupsiya FAKTI backend

Vardenis hospitalının rəis müavini və yerli hərbi hissələr şəhərdəki dərman bazarını ələ alıb.

Ermənistan səhhiyyə nazirliyi dərman bazarında yeniliklər etməyə çalışsa da, bununla yanaşı bu sahədə yeni, pis vərdişlər meydana gəlməkdə davam edir. Vardenis hospitalında bütün xəstələrin konkret olaraq hansı aptekdən dərman almalı olduqlarına dair təlimat verilməsinə göstəriş verilib.

Vardenisdə mülki xəstəxana olmadığına görə mülki şəxslər də hərbçilərlə birlikdə hərbi hospitalın xidmətlərindən istifadə edirlər. Əldə edilən məlumata görə. "Varrek" ləqəbli, Vardenis horpitalının rəis müavini Tiqran Poğosyan yerli sakinlərdən biri ilə ortaq dərman satış mərkəzi açıb. Məlumata görə, hərbi hospitalın bütün həkimlərinə həmin aptekin xüsusi kartları paylanıb ki, bugünədək hərbi hospitalın xəstələri dərmanları yalnız “Med farm” aptekindən alır.

Hazırda Ermənistanda dərman satışı üzrə yeni qaydalar tətbiq edilsə də, bunun həmin dərman satış yerində tətbiq olunacağına ümid edilmir. Vardenisdə fəaliyyət göstərən digər 5 aptek, şəhərdəki yeganə xəstəxananın müalicə olunan xəstələri tərəfindən dərman alış-verişi edilməsi imkanından mərhum edilib.

Maraqlıdır, görəsən korrupsiyaya qarşı "mübarizə" aparan Ermənistan müdafiə naziri Vigen Sarkisyan da həmin aptekdən alış-veriş edir?

(Ordu.az)
Diaspora