Ermənistanda əsgər anaları döyülüb

Ermənistanda əsgər anaları döyülüb backend

Bu gün qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstəriblər.

APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi məlumata görə, onlar Ermənistan prezidenti ilə görüşmək niyyətində imiş.

Amma əsgər anaları ciddi polis zorakılığı ilə üzləşib, polislər onları itələyib və döyüblər. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, polis zorakılıqla bu addımın qarşısını alıb.

Polislər məlumat verib ki, Prezident Administrasiyasının qarşısına toplaşmaq bu il fevralın 11-dən qadağan edilib.
Diaspora