Tehran İrəvana arxa çevirdi: İran Ermənistanın əvəzinə Azərbaycanı seçdi – TƏHLİL

Tehran İrəvana arxa çevirdi: İran Ermənistanın əvəzinə Azərbaycanı seçdi – TƏHLİL backend

Azərbaycan-Ermənistan-İran üçbucağında baş verən hadisələr həmişə bölgə və dünya mediasının diqqətini çəkib.

Bu mövzuda pravda.ru nəşrinin analizini strateq.az-ın oxucularına təqdim edirik.
İrəvanda şokdan ayıla bilmirlər: Tehran 10 il qabaq Ermənistana dəmiryol magistralı çəkməyə söz vermişdi, amma elə də çəkməyib – ancaq “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmiryolunun çəkilişi haqda Bakıyla anlaşıb.

İranın İrəvandakı səfiri Seyid Kazım Cəcadi erməniləri çəhrayı eynəyi çıxarmağa məcbur edib: onun sözlərinə görə, Tehran onlara dəmiryolu çəkməyə hazırlaşmır (amma vəd etmişdi) – ən azı, öz hesabına. Diplomat məsləhət görüb: “İran bu dəmiryolunu öz vəsaiti hesabına inşa edə bilməz. İrəvan yatırımçı təqdim edərsə, biz dəmiryolunu işə salmağa hazırıq. Birinci addımı siz atın, biz isə növbətisini atarıq”.

Az ağlabatandır ki, Ermənistan Tehranın bu təklifinə əməl edərək dəmiryol layihəsi üçün yatırımçı tapa bilər. Məsələnin qiyməti 200 milyon dollardır, amma heç bir yatırımçı risk etmək istəmir: Azərbaycanla münaqişə tənzimlənməyib, buna görə də qarşıdurmanın “qaynar” mərhələsi təzələnəcəyi halda gələcək magistral hərbi zərbələr nəticəsində dağıdıla bilər.

Bununla belə, Ermənistan özünün yatırımçı axtarması təklifi üzərində fikrə gedincə Azərbaycan təşəbbüsü ələ keçirib və nəqliyyat diplomatiyası sahəsində həmləyə keçib. Bakı və Tehran danışıqların gedişində Qəzvin-Rəşt-Astara dəmiryolunun inşası vasitəsilə Azərbaycanın cənubunu İranın şimalıyla birləşdirməyi qət edib.
Bakıda qeyd etdikləri kimi, bu layihəni Cənub-Şimal nəqliyyat dəhlizi çərçivəsində gerçəkləşdirmək planlaşdırılır. 2017-ci ilin noyabrında İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehran sammitində tərəflər Baltikanı Hindistanla birləşdirməli olan “əsrin yolu”nun inşasına tezliklə başlamağı qərara alıblar.
İran hətta başqa bir dəmiryolu layihəsinin – Bakı-Tiflis-Qars yolunun inşası üzrə iştirakçı olmağa hazır olduğunu bəyan edib. Daha doğrusu, o, artıq istismara verilib və İranın nəqliyyat naziri Abbas Əhməd Axundi məlumat verib ki, Tehran bu magistralın Bakıda “Cənubi Azərbaycanın paytaxtı” hesab edilən Təbriz şəhərinə qədər şaxəsini inşa etməyə hazırdır.
Buna baxmayaraq, İrəvanda məmurlar ruhdan düşmürlər. Onlar iddia edirlər ki, Tehranla əməkdaşlıqları təkcə dəmiryol layihələriylə məhdudlaşmır. Məsələn, İran Ermənistanla sərhəddə su və günəş elektrik stansiyaları inşa etməyi planlaşdırır. Bu haqda saziş birgə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-İran komissiyasının toplantısında əldə olunub. İran heyətinin başçısı Əlirza Dayəmi bildirib: “Ermənistan İranın yaxşı qonşusudur və bizim siyasətimiz bu ölkəylə əlaqələrin möhkəmləndirilməsindən ibarətdir”.
Bundan savayı, Ermənistan və İran qaz sahəsində uğurlu əməkdaşlıq edir. 2007-nin martında İran Təbriziylə Ermənistan Mehrisini birləşdirən 140 km-lik qaz kəmərinin təntənəli açılışı olub. İkitərəfli sazişə əsasən, İran 20 il boyunca Ermənistana 36 milyard kubmetr təbii qaz tədarük edəcək.
Bakıda narazılqlarını gizlətmirlər ki, Ermənistanın qaz təchizatı məhz sakinlərin əksəriyyəti azərbaycanlı olan Təbrizdən təmin olunur. Lakin Tehranda İranın Ermənistana qaz tədarük edərək bununla da Qarabağ məsələsində onunla həmrəy olduğunu üzə verdiyi haqda ittihamları rədd edirlər. İran rəhbərliyi iddia edir ki, Erməınistanla energetika əməkdaşlığı sırf iqtisadi maraqlarla diktə olunur.

Tərcümə Strateq.az-ındır.
Diaspora