Moskva Nemtsova görə ayağa qalxdı – Foto

Moskva Nemtsova görə ayağa qalxdı – Foto backend

Moskvanın Puşkin meydanında siyasətçi Boris Nemtsovun xatirəsinə həsr edilən yürüş keçirilib.

Axar.az xəbər verir ki, PARNAS lideri Mixail Kasyanov və "Həmrəylik" hərəkatının lideri İlya Yaşinin başçılıq etdiyi nümayiş iştirakçıları “Strastnoy Bulvar” istiqamətində hərəkət edib.

Məlumata görə, yürüş zamanı Nemtsovun portretləri, müxalif fikirli siyasi şüarları ilə yanaşı Rusiya və nümayişdə iştirak edən siyasi partiyaların bayraqları qaldırılıb.

Qeyd edək ki, hakimiyyət Moskvada Boris Nemtsovun xatirəsinə lövhə yerləşdirilməsi barədə razılıq vermişdi.





Diaspora