Türkiyədən Gürcüstana şad xəbər: Kvota ləğv edildi

Türkiyədən Gürcüstana şad xəbər: Kvota ləğv edildi backend

Türkiyə Gürcüstan məhsullarına tətbiq etdiyi kvotanı ləğv edib.

Bu da gürcü istehsalçıların Türkiyəyə ixrac etdikləri məhsulların həcmini təqribən 20 faiz artıracaq.

Axar.az
xəbər verir ki, bu barədə razılıq bu gün Ankarada, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi arasında keçirilən görüşdə əldə olunub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildiriblər ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.
Diaspora