Ermənilər Respublika Partiyasının bir sıra nümayəndələrinin ABŞ-ın qara siyahısına salınmasını istəyiblər.
Axar.az xəbər verir ki, Ermənistanın “Qraparak” bu təşəbbüslə Los-Anceles şəhərində yaşayan ermənilərin çıxış etdiyini yazıb. Onlar bu addımı İrəvan Ağsaqqallar Şurasının iclasında Ərik Ölkəsi Partiyasından olan qadınların döyülməsindən sonra atıblar.Lon-Ancelesdəki ermənilər diasporun aktiv üzvləri arasında imza toplayaraq, ABŞ hökumətinə təqdim edib və Ağsaqqallar Şurasının Respublika Partiyasından olan üzvlərinin ABŞ-a gəlməsinə qadağa qoyulmasını istəyiblər.