Ermənistandan Avropaya şikayətlər artır

Ermənistandan Avropaya şikayətlər artır backend

Ermənistan vətəndaşları 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə 91 iş təqdim edib. Novator.az-ın məlumatına görə, Ermənistanın ədliyyə naziri David Arutyunyan fevralın 20-də belə açıqlama verib.

Arutyunyanın təqdim etdiyi hesabata əsasən, 2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinə 70 müraciət göndərilmişdi.

Nazir qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistana qarşı qərarlarının sayı ilbəil artır. Arutyunyan qurumun 2013-cü ildə ölkəyə qarşı 2 qərar çıxardığını, 2016 və 2017-ci illər üzrə isə ümumilikdə 27 qərarın qəbul olunduğunu vurğulayıb.

Bir müddət əvvəl açıqlanan statistikaya görə, Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildə Azərbaycana qarşı 24 qərar çıxarıb.

Ermənistana qarşı 11, Gürcüstana qarşı 9 qərar qəbul edilib.


Musavat.com

Diaspora