Dağıstanın hüquq-mühafizə orqanlarından keçmiş baş nazir Abdusamid Qamidovun mənzilində qeyri-qanuni olaraq qızıl tapança saxlaması haqda məlumat verilib.
Moderator.az xəbər verir ki, bu haqda RİA Novosti xəbər yayıb. “Qamidovun evində tapılan silah gerçəkdən qızılı suya çəkilmiş və gümüş dəstəkli olub və qanunsuz olaraq saxlanılıb.” Dağıstan DİN-dki mənbədən belə açıqlama gəlib.Xatırladaq ki, fevralın 5-də Dağıstan Respublikasının müvəqqəti başçısı Vladimir Vasilyev hökuməti istefaya yollayıb. Elə həmin gün də baş nazir səlahiyyətlərini icra edən A.Qamidovun evində axtarış aparılıb. Axtarış zamanı A.Həmidovdan qızıldan “TT” tapançası, “Beretta” və “PM” tapançaları, habelə iki “Kalaşnikov” avtomatı və döyüş sursatı tapılıb. İstintaq komitəsi tərəfindən dərc olunmuş videoda bahalı xalça, mebel və xəzlərlə dolu dəbdəbəli iqamətgah da görünür....
Qeyd edək ki, son günlər qonşu respublikada həbs edilənlər arasında hökumət sədrinin səlahiyyətlərini icra edən A.Həmidovdan başqa onun müavinləri Şamil İsayev və Rayuddin Yusufov, habelə Dağıstanın keçmiş təhsil naziri Şahabbas Şahov , Mahaçqalanın baş memarı Maqomedrasul Qitinov və digər məmurlar da var.
">