Ermənistanda uşaqlar acından ölür - Dallakyan dəhşətli faktları AÇIQLADI

Ermənistanda uşaqlar acından ölür - Dallakyan dəhşətli faktları AÇIQLADI backend

İrəvanda “Müqəddəs İsanın anası” tibb mərkəzinin direktoru Nikolay Dallakyan Ermənistandan uşaqların aclıqdan ölməsi haqda dəhşətli faktlar açıqlayıb.

Publika.az “Aykakan Jamanak” qəzetinə istinadən məlumat verir ki, Dallakyan xəstəxanaya gətirilən uşaqların əksəriyyətinin doyunca yemək yeməməkdən əziyyət çəkdiyini deyib.
“Xəstəxanamıza acından ölmək həddinə çatan uşaqları gətirirlər, onların çoxunu xilas etmək mümkün olmur. Mən sadəcə təfərrüatları xatırlamaqda dəhşətə gəlirəm. Fikrimcə, ailə son dərəcə ağır sosial şəraitdə yaşayırsa, utanmamalı və müvəqqəti də olsa uşaqlarını dövlət himayəsinə verməlidir. Hər halda uşaqların acından ölməyindənsə, bu daha yaxşıdır.



Bu məsələdə ərazi üzrə sosial komissiyalar daha aktiv işləməlidir. Əgər ağır sosial vəziyyətdə olan ailələr varsa, onlara övladlarını müvəqqəti olaraq dövlətin himayəsinə verməyi tövsiyə etməlidir. Çünki bu ailələr uşaqlarını doyunca yedirdə, normal tibbi dəstək verə bilmirlər. Çünki son vaxtlar ölən uşaqların əksəriyyəti acından bu hala düşürlər”, - deyə o bildirib.
Diaspora