Xəzəri bu il də bölə bilməyəcəyik – İrana görə

Xəzəri bu il də bölə bilməyəcəyik – İrana görə backend

Bu il keçiriləcək Xəzəryanı ölkə başçılarının sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanmaya bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vud Makkenzi” (Wood Mackenzie) beynəlxalq konsaltinq agentliyi yayıb. Agentlik konvensiyanın imzalanmamasına əsas səbəbin İranın mövqeyinin olacağını bildirib:

“İran Xəzərin bölünməsi məsələsində əvvəlki mövqeyini qoruyub saxlayır. Tehran Xəzərin 20%-ni özünə tələb edir. Hazırda təklif edilən dəniz akvatoriyasının orta xətt boyunca bölünməsi zamanı isə ona Xəzərin 11-13%-i düşəcək”.

Qeyd edək ki, Xəzərin statusu ilə bağlı dövlət başçılarının sammiti bu il Astanada keçiriləcək.
Diaspora