Erməni ekspert: Bizi fəlakət gözləyir...

Erməni ekspert: Bizi fəlakət gözləyir... backend

Əgər demoqrafik rejim bu cür davam etsə, biz davamlı olaraq 90-cı illərdəki indekslərə sahib olacağıq.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Artak Markosyan söyləyib.

“90-cı illərdəki nəsil artıq nikah dövrünə çatır, amma nikahlar azalır. Nəticədə doğumlar da azalır. 7% azalma ciddi göstəricidir. Biz 1990-cı illərin göstəricilərinə qayıda bilərik. O zaman doğuş kəskin şəkildə azalmışdı və buna emiqrasiya, eləcə də sosial-iqtisadi göstəricilər səbəb olmuşdu. 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 15% azalıb. Ermənistanda ölüm halları doğumu 2025-ci ildən daha tez üstələyəcək.

Artım tempi mütəmadi olaraq zəifləyəcək. Belə ki, təqaüd yaşına 50-60-cı illərdə doğulanlar çatır. Nəticədə ölüm halları artacaq. Doğumun azalması mənfi göstərici yaradacaq ki, bu da fəlakət sayılır. Serj Sərkisyan əhalinin 2040-da 4 milyona çatacağını deyir. Bu fantastikadır. Xaricdə yaşayanların geri dönməsi üçün ölkədə heç bir islahat aparılmır”, – deyə o bildirib.

Qeyd edək ki, Emənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb.

2017-ci il ərzində Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb.
Diaspora