Respublika Partiyasından Ermənistan prezidentliyinə namizəd Armen Sərkisyan dünən Azərbaycanın işğal altında olan ərazisinə qanunsuz səfər edib.
Axar.az xəbər verir ki, o, Qarabağın silahlı separatçılarının rəhbəri Bako Saakyanla görüşüb.Qeyd edək ki, Armen Sərkisyan namizədliyi irəli sürüləndən bu yana dünya ölkələrini gəzərək erməni diasporları ilə görüşür. O, artıq Rusiya, İtaliya, Fransa kimi ölkələrdə olub.