Ermənilər qiymət artımına görə küçələrə axışdılar

Ermənilər qiymət artımına görə küçələrə axışdılar backend

Ermənistanın paytaxtı İrəvanda növbəti etirazlara start verilib.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, axşam saatlarında parlamentdəki “Çıxış” blokunun təşkilatçılığı ilə keçirilən yürüş-mitinq ölkədəki qiymət artımına etiraz olaraq keçirilib. Mitinq İrəvanın Şarl Aznavur meydanından başlayıb. Bundan sonra aksiya yürüş şəklində Abovyan küçəsi-Respublika meydanı-Amiryan küçəsi-Maştotsa prospekti-Sayat Nova küçəsi-Abovyan küçəsi boyunca davam etdirilib. Etirazşılar hakimiyyətdən qazın, benzinin qiyməti də daxil olmaqla bir sıra məhsulların qiymətini aşağı salmağı tələb edib. “Çıxış” blokunun nümayəndələri hakimiyyəti qiymət artımının qarşısını almağa çağırıb. Blok təmsilçiləri bildirib ki, hakimiyyət bir neçə dəfə yürüş iştirakçılarına mane olmağa, aksiyaya müdaxilə etməyə çalışıb.

Qeyd edək ki, bundan əvvəl 19 yanvarda eyni tələblə aksiya keçirilmişdi. Seçkiqabağı Ermənistanda siyasi hərarətin artması fonunda soial-iqtisadi tələblərlə meydana çıxanların da sıraları genişlənir. Belə ki, budəfəki aksiyada əvvəlkindən daha çox iştirakçı olub.
Diaspora