Putin Rusiyadan 243 milyard dollar çıxarıb – Şok iddia

Putin Rusiyadan 243 milyard dollar çıxarıb – Şok iddia backend

Rusiya Prezidenti Vladimir Putin Rusiyadan xaricə 243 milyard dollar çıxarıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Oliqarxların ölkədən çıxardığı pul 1 trilyon dollardır və onun qeyri-rəsmi rəqəmlərə görə təkcə 243 milyard dolları Putinə məxsusdur. Onların hamısı günü sabah ABŞ-da dondurula bilər. Hər şey siyasi güclərin münasibətindən asılıdır” – deyə o bildirib.

Qeyd edək ki, Piontkovski bundan öncə “Kreml hesabatı”nın Rusiya üçün təhdid olduğunu bildirmişdi. O, bu sənədin gizli hissəsindəki məlumatların Rusiya oliqarxlarının pullarını mənimsəməyə yetərli olacağını söyləmişdi. Politoloq bildirmişdi ki, gizli hissə Amerika tərəfindən tezliklə açıqlanmalıdır və rus xalqı seçki ilində oğruları tanımalıdır.
Diaspora