Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb.
A.Qriqoryan nə qədər ki ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, hətta Ermənistana getməməyi məsləhət görüb.Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədri bildirib: "Baş nazir Karen Karapetyan və ölkə başçısı Serj Sarkisyan daim yalan danışırlar. Onların biabırçı hərəkətlərinə görə hətta Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar onlardan qaçır. Bizim holdinq kifayət qədər pul xərclədi, biz iki dəfə Ermənistana getdik, biznes-planlar hazırladıq, tenderdə iştirak etdik, 10 minlərlə avro sərf etdik, 2017-ci ilin yanvarında bütün materialları tenderə təqdim etdik, lakin hələ də cavab almamışıq. Biz artıq onlara inanmırıq və diasporda da belə fikir formalaşıb ki, nə qədər ki Sarkisyan və Karapetyan var, Ermənistana getmək lazım deyil".
A.Qriqoryan Ermənistanda investor Toros Sakeryanın da uğursuzluğundan danışıb: "Ermənistana sərmayə qoymaq istəyən heç bir normal erməni diasporu yoxdur. Əgər siz bir-ikisini tapsanız, deməli, onlar ölkəni talamağa gəliblər".
/Trend/