İŞİD üzvləri İrana keçdi: Atışma...

İŞİD üzvləri İrana keçdi: Atışma... backend

İranın Qərb sərhədlərində 21 nəfərdən ibarət terrorçu qruplaşma zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda məlumat verilib.

Bəyanatda bildirilir ki, İŞİD terror təşkilatının üzvü olan 21 nəfər ölkənin qərb sərhədlərini qanunsuz yollarla keçərək sərhədyanı rayonlarda terror aktları törətməyə cəhd ediblər. Atışma nəticəsində yaxalanan terrorçuların ifadələrindən məlum olub ki, radikal qruplaşma İranın bir neçə böyük şəhərində partlayışlar törətmək üçün ölkəyə soxulub.

Terrorçuların kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Diaspora