Məmurlar səyyar satıcıya zülm etdi – Video

Məmurlar səyyar satıcıya zülm etdi – Video backend

Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcıları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səyyar satıcı hücuma məruz qalıb.

Teleqram kanallarında yayılan videoda göründüyü kimi, məmurlar satıcının meyvələrini dağıdıb ayaqlar altına atdıqdan sonra onu təhqiramiz şəkildə döyüblər. Ətrafdakı insanlar satıcının döyülməməsi üçün cəhd göstəriblər, lakin onu məmurların əlindən qurtarmaq mümkün olmayıb.

">
Diaspora