Ermənistan ABŞ istehsalı olan snayper tüfəngi alıb - FOTO

Ermənistan ABŞ istehsalı olan snayper tüfəngi alıb - FOTO backend

Ermənistan ABŞ-ın “Desert Tactical Arms” şirkətinin istehsalı olan “Desert Tech HTİ” snayper tüfəngləri alıb.

“A24.az”ın məlumatına görə, erməni bloqqer Arşak Zaxaryan öz “Facebook” səhifəsində Ermənistan Ordusunun istifadəsində yer alan həmin snayer tüfəngi ilə fotosunu paylaşaraq “test etdik” yazıb.

Qeyd edək ki, “Desert Tactical Arms” şirkəti ABŞ-da yerləşir. Şirkətin istehsal etdiyi HTİ multikalibr snayper tüfəngi .375 CheyTac, .408 CheyTac, .416 Barrett və .50 BMG patronlarla atəş aça bilir. Antimaterial snayper tüfəngləri sinfinə aid edilən HTİ-dən fərqli kalibrli patronlarla atəş açmaq üçün lülə, daraq və zərbə-tətik mexanizmini dəyişmək lazımdır. Bul-pap dizaynlı silah “bolt action” (əllə tək-tək doldurma) iş prinsipinə malikdir.

2015-ci ilin fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2015 sərgisində təmsil olunan “Desert Tactical Arms” şirkətinin əməkdaşları “Azeri Defence” jurnalına açıqlamalarında HTİ və SRS-A1 tüfənglərinin postsovet respublikalarından Gürcüstana ixrac olunduğunu qeyd etmişdilər.

Qeyd edək ki, bundan əvvəl Ermənistan İngiltərə və Fransadan snayper tüfəngləri əldə edib.


Diaspora