Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmətlə yanaşır.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam mətbuat nümayəndələri üçün Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.İran XİN-nin rəsmi nümayəndəsi deyib: “Rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkilərini” tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir”.
M.Əfğam qeyd edib ki, İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir.