Qabil Hüseynli: “Sərkisyan hakimiyyətə qanla gəlib və bu gün də hakimiyyətini qanla qoruyur”
Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Ermənistanda qarşıdan gələn seçkiləri dəyərləndirib. Ekspertin sözlərinə görə, əvvəlki seçkilər kimi bu seçkilərin də qanla müşahidə edilmsi ehtimalı böyükdür:“Seçkilər həmişə Ermənistanda gərginliklərlə müşahidə edilib. Sərkisyan qanla hakimiyyətə gəlib. Ikinci dəfə prezident seiləndə də ölkədə ciddi qarşıdurma mövcud idi. Sərkisyan birinci dəfə prezident seçiləndə müxalifətin dediyinə görə, 100-dən çox, rəsmi qurumların verdiyi məlumata görə isə 31 insan həlak olmuşdur.
Ermənistanın daha ağır günləri başlayıb. Siyasi elita daxilində hakimiyyət uğrunda ciddi qarşıdurma gedir. Sərkisyan ölkənin siyasi sistemini dəyişdi. Prezident üsul idarəsindən parlament üsul-idarəsinə keçilməsi haqqında referendum keçirdi.
Bundan sona baş nazir bütün icra hakimiyyəti səlahiyyətini əlində cəmləşdirəcək. Sərkisyan baş nazir vəzifəsinə gəlmək istəyir. Lakin ona qarşı çox ciddi müqavimət var. Bu seçkilər Ermənistanda qanlı qarşıdurmalarala müşahidə oluna bilər.
Sərkisyan hakimiyyəti asanlıqla təhvil vermək niyyəyində deyil. Lakin təhvil verməli olacaq. Çünki Karapetyanı Rusiya müdafiə edir və Rusiya Ermənistan hakimiyyətində dəyişikliyin labüdlüyü fikrindədir. Bir sözlə, Ermənistanı çətin günlər gözləyir”.