Ermənistanın paytaxtı İrəvanda müsəlman qadın intihara cəhd edib.
Moderator.az “SputnikArmeniya”ya istinadla xəbər verir ki, söhbət Qırğızıstan vətəndaşı Nərgiz Umarovadan gedir. Olay yanvarın 3-də səhər saatlarında İrəvanın Nork-Maraş küçəsində baş verib. 29 yaşlı Nərgiz Umarova yaşadığı binanın ikinci mərtəbəsindən özünü atıb. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Tərcüməçi olmadığı üçün erməni polislər qırğızıstanlı qadını danışdırıb intihara cəhdinin səbəblərini aydınlaşdıra bilməyiblər.Faktla bağlı istintaq aparılır.