İranda dəhşət davam edir: 20 ölü, 700 həbs

İranda dəhşət davam edir: 20 ölü, 700 həbs backend

İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.

Axar.az xəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehrandır. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.

Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də etirazlar davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması barədə informasiya yayılıb.
Diaspora