Azərbaycanlılarla ədavət aparan erməniyə 8 il həbs cəzası verildi

Azərbaycanlılarla ədavət aparan erməniyə 8 il həbs cəzası verildi backend

Rusiyanın Naxodka şəhərinin sakini Artur Varvaştyan məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org “VostokMedia” agentliyinə istinadən xəbər verir ki, həbs edilən erməninin atası Arut Varvaştyanın sözlərinə görə, hər şey 2013-cü ildə onun digər oğlunun narkotik vasitələrin yüksək dozada qəbul edilməsi səbəbindən ölümündən sonra başlayıb.

Artur qardaşına narkotik vasitələr satmaqda ittiham etdiyi azərbaycanlılara dərs keçmək qərarına gəlib. Atasının sözlərinə görə, Artur polisdə və kriminal dairələrdə əlaqələrindən istifadə edərək bir müddət Naxodkada narkotik alverinin qarşısını ala bilib və həmin müddətdə bir sıra həbslər keçirilib.



Azərbaycanlılarla münasibətinə aydınlıq gətirmək üçün Artur öz dostları ilə Yekaterinovka kəndindəki “Lesnoye” kafesinə gəlib və burada Elvin Əsgərov, Cavad Hacıyev və Qurban adlı azərbaycanlılarla görüşüb. Bu görüş vaxtı ba verənlərə görə hər iki tərəf qarşı tərəfi günahlandırır.

Lakin fakt odur ki, həmin görüşdən sonra Artur və onun dostları barəsində cinayət işləri qaldırılıb. Onlar soyğunçuluqda və zorla pul tələb etməkdə ittiham olunublar. Polisə şikayət ərizəsi ilə Elşad Quliyev, Cavad Hacıyev və Əlihüseyn Nəhmədov müraciət ediblər. Quliyev bildirib ki, 2013-cü ilin iyun ayının 7-də Artur Roman adlı bir nəfərlə onu saxlayaraq dəniz kənarına aparıblar və saatlarca döyüblər. Bu zaman azərbaycanlıdan 1 milyon rubl pul tələb olunub. Elşadın sözlərinə görə, hadisə onun “Toyota Mark II” markalı avtomobilinin oğurlanması ilə bitib.

Məhkəmənin qərarından apellyasiya şikayəti verilsə də, qərar dəyişdirilməyib. Arturun atasının fikrincə, azərbaycanlıların diyar polisində dayaqları var və oğlunun həbs edilməsinin də səbəbi budur.
Diaspora