Erməni ruhaniləri Gürcüstan hökumətini məhkəməyə verir.
Buna səbəb kimi isə rəsmi Tbilisinin Gürcüstan paytaxtının mərkəzində yerləşən kilsələrdən birini Gürcüstan patriarxiyasına verməsi göstərilir.Virtualaz.org Tbilisidə dərc olunan “Rezonansi” nəşrinə istinadən xəbər verir ki, erməni kilsəsinin Gürcüstan yeparxiyasının başçısı Vazgen Mirzəxanyan bu “kəskin” məsələni bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanla müzakirə edib.
Erməni ruhaniləri bildirirlər ki, Tbilisidə məhkəməni uda biilməsələr, Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar.
Vazgen Mirzəxanyan
Mənbə qeyd edir ki, erməni tərəfinin nümayəndələrinin iddiasına görə, XIX ərsrin 80-ci illərində tikilmiş kilsə tarixi sənədlər öyrənilmədən Gürcüstan Pravoslav Kilsəsinin sərəncamına verilib, halbuki “həmin sənədlərə əsasən, bu kilsə erməni kilsəsidir”.
Mirzəxanyan iddia edir ki, sözügedən məsələ Gürcüstanın erməni əhalisi tərəfindən “ağrılı” qarşılanır və onlar beynəlxalq təşkilatlara müraciət edəcəklər.
Öz növbəsində, Gürcüstan Pravoslav Kilsəsinin təmsilçisi Mikael Botkoveli qeyd edib ki, bu kilsənin gürcü kilsəsi olması ilə bağlı kifayət qədər sübut var və “məhkəmədə utanan tərəf ermənilər olacaq”.