Elman Nəsirov: “Azərbaycan 2017-ci ildə də öz hərbi-diplomatik üstümlüyünü qoruyub saxlayır”
2017-ci il başa çatmaq üzrədir. Maraqlıdır, bu il Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımndan nə dərəcədə uğurlu olub?Moderator.az -a açıqlama verən millət vəkili Elman Nəsirov 2017-ci ildə ölkəmizin hərbi və diplomatik üstünlüyünü qoruyub saxladığını vurğuladı:
“2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret irəliləyiş əldə edilmədi. Bunun də səbəbi Ermənistan hakimiyyəti, onun qeyri-konstruktiv mövqeyidir. Buna baxmayaraq, 2017-ci ildə münaqişənin həlli istiqamətində Azərbaycann hərbi və dilomatik üstünlüyü qorunub saxlanılıb. Iki hadisənin üzərində xüsusi ilə dayanmaq lazımdır. Aprel döyüşlərindən sonra Ermənistanın prezidenti Serj Sərkisyan belə bir bəyanatla çıxış etmişi ki, o, Azərbaycan prezidenti ilə heç bir halda danışığa getməyəcək. Danışığa gedərsə, Azərbaycan prezidenti onun şərtlərini qəbul etməlidir. Onun tamamilə absurd üç şərti var idi. Hələ o zaman cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanla şərt dilində danışmaq olmaz. Şərtlri biz diktə edirik. Azərbaycanla şərt dilində danımaq Ermənistan hakimiyyətinin axmaq siyasətinin göstəricisidir. Nəticədə nə oldu? Bu ilin 16 oktyabr tarxində Ermənistan prezidenti Azərbaycan prezidenti ilə danışıqlara getməyə məcbur oldu. Cenevrədə danışıqlar baş tutdu. Dünyadakı erməni lobbisi və Ermənistan ictimaiyyəti Sərkisyanı ittiham etməyə başladılar ki, əgər Azərbaycan prezidenti ilə danışıqlara gedəcəkdinsə, o zaman mənasız şərtlər nəyə lazım idi? Bu gün Sərkisyan həm Ermənistan, həm də dünya ictimaiyyəti tərəfindən sözünün üstündə dayanmayan, qətiyyətiz, siyasi iradəsi olmayan prezident imicinə malikdir. Ona erməni ictimaiyyətinin etimadi tamamilə tükənib. Bu isə bizim diplomatik uğurlarımızdan biridir.
Başqa bir nümunəyə diqət edin. Bu ilin əvvəllərində Ermənistanda qondarma Dağlıq Qarabağda qondarma referendum keçirməyə çalışdı. Nəticədə heç bir dünya dövləti, beynəlxalq təşkilat bu referendumun nəticəsini qəbul etmədi. Bunu qeyri-legitim ean etdi. ATƏT-in Minsk qrupu da bunu pislədi. Cənab prezident bununla bağlı olduqca məntiqli bir fikir səsləndirdi. Bildirdi ki, beynəlxalq birlik bu referendumu tanımamaqla Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqləmiş oldu. Ermənistan Sərkisyan rejiminin axmaq siyasəti nəticəsində növbəti dəfə gülünc vəziyyətə düşdü. Bütün bunlar bir daha göstərir ki, 2017-ci il ölkəmiz üçün kifayət qədər uğurlu olub və bu uğur 2018-ci ildə daha böyük müvəffəqiyyətlər üçün situmul olacaq”.