“Rusiyada 20 milyon insan…” - DƏHŞƏTLİ STATİSTİKA

“Rusiyada 20 milyon insan…” - DƏHŞƏTLİ STATİSTİKA backend

“Demək olar ki, 20 milyon rusiyalı və ya təxminən 13 faiz əhali kasıbçılıq həddindən aşağıda yaşayır”.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Əmək Nazirliyinin başçısı Maksim Topilin bildirib.

“Qiymətləndirilmələrə görə, gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşların sayı 20 milyona yaxındır. Bu, ölkə əhalisinin 13-13,5 faizini təşkil edir. Bu, ən azından xoşagəlməz göstəricidir”, - nazir deyib.

Onun fikrincə, bu, son iki ildə davam edən qiymət artımı və nəticə olaraq yaşayış minimumunun yüksəlməsi ilə bağlıdır. Topilin vurğulayıb ki, hökumət bu problemin həlli üçün fəal işləyir.
Diaspora